Bank Of Baku

Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı danışıqların növbəti raundu gələn ay keçiriləcək

Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı danışıqların növbəti raundu gələn ay keçiriləcək
# 15 may 2009 08:33 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı tərəflər arasında aparılan danışıqların növbəti raundu bu ilin iyun ayında keçiriləcək. Bu barədə APA-ya açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

M.Məmmədquliyevin sözlərinə görə, gələn ay Cenevrədə (İsveçrə) Azərbaycan üzrə işçi qrupunun növbəti, VII iclasının keçirilməsi planlaşdırılır: «İclasda çoxtərəfli danışıqların keçirilməsi və kənd təsərrüfatı sahəsinin dəstəklənməsinə dair müzakirələrin aparılması nəzərdə tutulub».

M.Məmmədquliyev bildirib ki, danışıqların hələ də davam etməsinə baxmayaraq, müəyyən çətinliklər üzə çıxır: «Belə ki, Azərbaycan müəyyən şərtləri irəli sürdükdə, bəzi ölkələr bizdən güzəştə getməyimizi tələb edir. Lakin bizim fikrimizcə, Azərbaycan heç bir güzəştə getməyəcək. Ona görə ki, burada söhbət yerli istehsalın qorunması və iqtisadiyyatın diversifikasiyasından gedir».

Qeyd edək ki, 1997-ci ildə Azərbaycan ÜTT-də müşahidəçi statusu alıb. Ümumilikdə isə 150-dən artıq ölkə ÜTT-nin üzvüdür.

Xatırladaq ki, MDB ölkələrindən Ukrayna, Moldova, Qırğızıstan və Ermənistan, habelə Gürcüstan artıq ÜTT-yə üzv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR