Bank Of Baku

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısında iştirak edir

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısında iştirak edir
# 15 may 2009 09:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Londonda (Böyük Britaniya) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) səhmdarlının növbəti illik toplantısı işə başlayıb.

AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Avropa Bankının son 10 il ərzində əhatə etdiyi regionda fəaliyyəti, dünyada zəifləyən iqtisadi artım tempinin regiona mümkün təsiri, dünya maliyyə böhranı, Bank tərəfindən sərt maliyyə bazarı dövründə kapitalın həcmi və bir sıra digər məsələlər müzakirə olunacaq.

«Tədbirdə Azərbaycanı AYİB-in ölkə üzrə rəhbəri, iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə həmçinin Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev də daxildir. Bundan başqa, iki gün davam edəcək tədbirə Azərbaycanın «Azərdəmiryolbank», «AGBank», «Bank Respublika» və «Bank of Baku» SKB-nin nümayəndələri də qatılıb», - deyə AYİB-in Bakı ofisindən bildirilib.

Xatırladaq ki, AYİB-in səhmdarlının illik toplantısı sonuncu dəfə ötən il Kiyevdə (Ukrayna) keçirilib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. ABŞ dollarıından artıq olan 50-dən çox investisiya layihəsi imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi və qeyri-neft özəl sektorunun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR