Bank Of Baku

«Əmrahbank»ın İdarə Heyətinə yeni sədr təyin olunub

«Əmrahbank»ın İdarə Heyətinə yeni sədr təyin olunub
# 15 may 2009 09:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankının İdarə Heyətinə yeni sədr təyin edilib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər «Nikoil Bank»ın İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış Emil Məmmədov təyin olunub.

E.Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, sonra təhsilini Britaniyanın Mançester Universitetində biznesin idarə olunması ixtisası üzrə davam etdirib və magistr dərəcəsi alıb. Bank sahəsində 10 ildən artıq iş təcrübəsi olan E.Məmmədov 7 ildən artıq «Nikoil Bank»da və Azərbaycan Beynəlxalq Bankında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, kadr dəyişikliklərinin davamı olaraq, əvvəllər «UniBank» SKB-da pərakəndə müştərilərlə iş üzrə məsul vəzifədə çalışmış Heydər Mirzəyev «Əmrahbank»ın İdarə Heyətinin üzvü, «Nikoyl Bank»ın bank əməliyyatlarına nəzarət qrupunun rəhbəri vəzifəsində çalışmış Güldanə Aslanova isə bankın Risklərin idarə olunması üzrə Departamentin direktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, E.Məmmədovdan əvvəl bu vəzifəni Mahmud Ağamalıyev icra edib. Hazırda M.Ağamalıyev «Əmrahbank»ın Müşahidə Şurası sədrinin birinci müşaviri vəzifəsində çalışır.

Xatırladaq ki, təsisçisi 4 yerli fiziki şəxs və bir xarici hüquqi şəxs (Beynəlxalq İnvestisiya Bankı-49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 61,442 mln. manat, depozit portfeli 31,142 mln. manat, kredit portfeli 39,552 mln. manat, məcmu kapitalı 22,552 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub.

Hazırda bankın respublika üzrə 22 filialı, 12 bankomatı və 45 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR