Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının xarici öhdəlikləri 27% azalıb

Azərbaycan Mərkəzi Bankının xarici öhdəlikləri 27% azalıb
# 15 may 2009 09:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) xarici öhdəliklərinin həcmi son bir ildə 21,9 mln. manat və ya 27,4% azalaraq 2009-cu ilin may ayının 1-nə 58 mln. manat təşkil edib. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bu göstərici 6,9 mln. manat və ya 10,6% azalıb.

Xatırladaq ki, AMB-nin məcmu xarici aktivlərinin həcmi 4 165,6 mln. manat təşkil edib və beləliklə, Mərkəzi Bankın xarici öhdəliklərinin məcmu xarici aktivlərinə nisbəti mayın 1-nə 1,39% təşkil edib. Müqayisə üçün bildirək ki, həmin nisbət ötən ilin mayın 1-nə 2,7%-ə, cari ilin əvvəlində isə 1,3%-ə bərabər olub.

Digər xarici aktivləri nəzərə almaqla, AMB-nin xalis xarici aktivləri mayın 1-nə 4 105,7 mln. manat təşkil edib ki, bu da son bir ildə 457,1 mln. manat və ya 10%, cari ilin yanvarın 1-dən isə 1 007 mln. manat və ya 19,7% azalma deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR