Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı yanvar-aprel aylarında notların emissiyasını 75% azaldıb

Azərbaycan Mərkəzi Bankı yanvar-aprel aylarında notların emissiyasını 75% azaldıb
# 15 may 2009 10:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) not buraxılışının ümumi həcmi 2008-ci ilin analoji dövrü ilə müqayisədə 75% azalaraq 186,4 mln. manat təşkil edib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə notlarla aparılan alqı-satqı əməliyyatlarının həcmi isə 61% azalaraq 64,7 mln. manat təşkil edib.

Bundan başqa, cari ilin yanvar-aprel ayları ərzində AMB-nin notları ilə həyata keçirilmiş repo və əks-repo əməliyyatlarının həcmi 1,51 mlrd. manat təşkil edib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 16% azdır.

Hesabat dövründə təkrar bazarın ümumi həcmi 1 795,9 mlrd. manat təşkil edib ki, bunun da 84,6%-i AMB-nin notları ilə aparılan repo və əks-repo əməliyyatlarının payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR