Bank Of Baku

«Kredo Bank» daha iki regional filial açıb

«Kredo Bank» daha iki regional filial açıb
# 15 may 2009 10:21 (UTC +04:00)
Bankın İdarə Heyətinin sədri Barat Piriyevin «APA-Economics»ə verdiyi məlumata görə, filialların biri Horadizdə, digəri isə İmişlidə açılıb. B.Piriyevin sözlərinə görə, «Kredo Bank» Horadizdə filial açan ilk kommersiya bankıdır.

«Ümumiyyətlə, bizim filial şəbəkəsinin genişləndirilməsinin əsas məqsədi regionlarda bu müştərilərin bütün bank xidmətlərinə, o cümlədən kredit-depozit əməliyyatları, sürətli pul köçürmələri, yeni hesabların açılması və digər bank xidmətlərini həyata keçirməsinə şərait yaratmaqdır», - deyə «Kredo Bank»ın sədri vurğulayıb.

Xatırladaq ki, hazırda bankın respublika üzrə 10 filialı fəaliyyət göstərir və bunun 6-sı regionda (Xaçmaz, Göyçay, Quba, İsmayıllı, Masallı və Gəncə) yerləşir.

Qeyd edək ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» SKB 1994-cü ildə yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 37,074 mln. manat, kredit portfeli 25,302 mln. manat, depozit portfeli 9,071 mln. manat, məcmu kapitalı 13,776 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,040 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR