Bank Of Baku

Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası Bakıda keçiriləcək

Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası Bakıda keçiriləcək
# 15 may 2009 11:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Varşava şəhərində keçirilən Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın III iclası bu gün başa çatıb. Bu barədə «APA-Economics»ə Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri sənaye və energetika naziri Natiq Əliyev rəhbərlik edib.

İclasda Azərbaycan və Polşa arasında iqtisadi-mədəni əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr aparılıb. Hökumətlərarası komissiyanın iclası çərçivəsində Azərbaycanla biznes əlaqələri qurmaq istəyən Polşa iş adamları üçün seminar keçirilib.

İclasın yekununda yaxın illər üçün Azərbaycan və Polşa arasındakı münasibətlərin inkişaf dinamikasını əks etdirən proqram qəbul olunaraq komissiyanın həmsədrləri Natiq Əliyev və Polşanın iqtisadiyyat naziri Voldemar Pavlak tərəfindən imzalanıb.

Azərbaycan nümayəndə heyəti Polşanın prezidenti Leh Kaçinski, Senatın marşalı Boqdan Boruseviç və hökumət rəsmiləri tərəfindən qəbul edilib.

Hökumətlərarası Komissiyanın növbəti, IV iclasının Bakıda keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR