Bank Of Baku

Avrozona iqtisadiyyatının geriləməsi rekord həddə çatıb

Avrozona iqtisadiyyatının geriləməsi rekord həddə çatıb
# 15 may 2009 12:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avrozonada ÜDM-in azalması 2009-cu ilin birinci rübün yekünlarına görə əvvəlki rübə nisbətən 2,5% təşkil edib ki, bu da 1995-ci ildən, yəni həmin göstəricinin hesablamasına başlandığı dövr ərzində rekord mənfi göstəricidir. «APA-Economics»in məlumatına görə, Avrozona üzrə ÜDM-in illik azalması isə 4,6%-ə bərabər olub. Xatırladaq ki, Avrozona iqtisadiyyatı ötən ilin sonuncu rübündə 1,6% azalıb.

Eyni zamanda, Avropa İttifaqı iqtisadiyyatının azalması illik müqayisədə 4,4%, rüblük müqayisədə isə 2,5% təşkil edib.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, cari ildə Avrozonada ÜDM-in 4,2% azalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Avropanın ən iri iqtisadiyyatı olan Almaniya iqtisadiyyatının 2009-cu ilin birinci rübündə 3,8% azalıb və bu, 1970-ci ildən sonra rekord göstərici sayılır. Almaniyada ÜDM-in illik azalması daha yüksək olub və 6,9% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR