Bank Of Baku

«Bank of Baku» yeni əmanət kampaniyasına başlayıb

«Bank of Baku» yeni əmanət kampaniyasına başlayıb
# 15 may 2009 14:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) «Biz Bir Ailəyik» adlı yeni əmanət kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu gündən start verilən kampaniyada bank əmanəti uduşun tam məbləğini birdəfəlik olaraq qalibin hər bir ailə üzvünə ödənilməsini nəzərdə tutur. Başqa sözlə, əgər 10 min manat qazanmış əmanətçinin dörd ailə üzvü varsa, məbləğ dördə vurulur və ailənin hər bir üzvü 10 min manat olmaqla, ailə ümumilikdə 40 min manat qazanır.

«Biz Bir Ailəyik» kampaniyasında bu və ya digər uduşun tarixinədək aktiv olan bütün cari əmanətlər və eləcə də ən azı altı ay müddətinə yerləşdirilən minimal olaraq 500 manat (dollar və ya avro) məbləğində olan yeni əmanətlərin sahibləri iştirak edəcəklər. Əmanət üzrə faiz dərəcəsi birillik əmanətlər üçün illik 15%-dən, beşillik əmanətlər üçün isə 21%-dək artır.

Qeyd edək ki, hər 500 manat (dollar və ya avro) əmanətçiyə bir uduş şansı verir. Əgər əmanətin məbləği 3 500 manatdırsa, əmanətçinin qalib olmaq üçün 7 şansı yaranır. Cəmi beş uduşu keçiriləcək kampaniyada qaliblər xüsusi identifikasiya kodları əsasında kompüterin təsadüfi seçimi vasitəsi ilə müəyyən olunacaq. Uduşlar nəticəsində ümumilikdə 56 əmanətçi və onların ailə üzvləri qalib olacaq. Kampaniya cari ilin oktyabr ayının 15-dək davam edəcək, ilk uduş iyun ayının 15-də televiziya vasitəsi ilə canlı yayımlanacaq.

Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü il fevralın 14-də «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR