Bank Of Baku

Azərbaycanın maliyyə naziri İordaniyaya səfərə gedib

Azərbaycanın maliyyə naziri İordaniyaya səfərə gedib
# 15 may 2009 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərliyi altında nümayəndə heyətinin İordaniyaya işgüzar səfəri başlayıb. Bu barədə «APA-Economics»ə Maliyyə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində - mayın 15-17-də Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Yaxın Şərq üzrə növbəti, V toplantısında iştirak edəcək.

Toplantının işində 80-dən çox ölkəni təmsil edən 1 300-dən artıq rəsmi və işgüzar dairələrin nümayəndələri iştirak edəcək. Forumun budəfəki iclasında qlobal iqtisadi böhranın regiona təsiri və böhrandan çıxış yollarının tapılması istiqamətində müzakirələr aparılacaq.

Toplantıda Xorvatiya, Estoniya, Livan, Pakistan, Qətər, Sloveniya, Gürcüstan, Şri Lankanın dövlət başçıları, Salvador və İraqın vitse-prezidentləri, Qazaxıstan, Küveyt, Livan, Mərakeşin baş nazirləri, digər dövlətlərin müxtəlif nazirləri, İslam Konfransı Təşkilatı, Avropa Komissiyası, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Şurası, UNRWA, Dünya Bankı və s. beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı nəzərdə tutulub.

Azərbaycan nümayəndə heyətinin Forumun rəsmi və işçi iclaslarında, habelə tədbir zamanı müxtəlif mövzular üzrə aparılacaq müzakirələrdə iştirak edəcəyi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR