Bank Of Baku

Beynəlxalq Maliyyə Korporasiyasının məsləhətçi proqramlar üzrə baş meneceri Azərbaycana gələcək

Beynəlxalq Maliyyə Korporasiyasının məsləhətçi proqramlar üzrə baş meneceri Azərbaycana gələcək
# 16 may 2009 09:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn həftə Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) məsləhətçi proqramlar üzrə baş meneceri xanım Tatyana Lozanski Azərbaycana səfər edəcək. IFC-dən “APA-Economics”ə verilən məlumata görə, T. Lozanski IFC tərəfindən gələn həftə Bakıda təşkil olunacaq bir sıra tədbirlərə qatılacaq. Belə ki, mayın 20-də Bakıda “Azərbaycanda enerji səmərəliliyi” mövzusunda təqdimat mərasimi, elə həmin gün IFC-nin “Korporativ idarəetmə” layihəsinin ikinci fazasına ilk pilot şirkəti ilə müqavilənin imzalanması mərasimi keçiriləcək.

Qeyd edək ki, IFC 2008-ci ildə “Azərbaycanda enerji səmərəliliyi” sahəsində tədqiqat keçirib. Tədqiqatın əsas məqsədi Azərbaycanda enerji səmərəliliyinin maliyyələşdirilməsi bazarının qiymətləndirilməsi və yerli maliyyə institutlarının, kiçik və orta müəssisələrin, o cümlədən dövlət orqanlarının enerji səmərəliliyi ilə bağlı layihələri haqqında məlumatlılığının artırılmasıdır. Reqionda enerji səmərəliliyinin artırılması potensialını qiymətləndirmək məqsədilə IFC analoji tədqiqatları Belarus, Gürcüstan, Rusiya, Ukrayna və Ermənistanda da keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR