Bank Of Baku

«Parabank» son bir ildə aktivlərini 46% artırıb

«Parabank» son bir ildə aktivlərini 46% artırıb
# 18 may 2009 07:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 71,411 mln. manat təşkil edib ki, bu da ötən ilin aprel ayının 1-nə olan göstərici ilə müqayisədə 46,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 65,4% genişlənərək 40,057 mln. manat, kredit portfeli 89,4% artaraq 46,125 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 38,3% azalaraq 10,376 mln. manat olub.

Həmçinin, bankın məcmu kapitalı 12,9% artaraq 11,407 mln. manata, o cümlədən nizamnamə kapitalı 7,2% artaraq 10,070 mln. manata çatıb.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 46,5% artaraq 2,951 mln. manat, xərcləri isə 48,4% artaraq 2,920 mln. manat təşkil edib. Nəticədə, bankın cari ilin ilk üç ayı ərzində əldə etdiyi mənfəətin həcmi 30 min manat olub. Ötən ilin yanvar-mart aylarını isə bank 41,6 min manat zərərlə başa vurub.

Bundan başqa, bu müddət ərzində bank tərəfindən əlavə 7 filial açılıb, 1 bankomat və 65 POS-terminal quraşdırılıb. Son bir ildə bankın işçilərini sayı 31% artaraq 324 nəfərə çatıb.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 15 filialı, 9 bankomatı və 138 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR