Bank Of Baku

Azərbaycanda həftəlik birja dövriyyəsi kəskin artıb

Azərbaycanda həftəlik birja dövriyyəsi kəskin artıb
# 18 may 2009 08:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (mayın 12-15-də) 24,570 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,5 dəfə çoxdur. «APA-Economics»in məlumatına görə, dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,01% azalaraq 0,8027 manat təşkil edib. Dolların rəsmi məzənnəsi 0,03% artaraq 0,8036 manata bərabər olub. Nağd alış və satış məzənnələri (banklar üzrə orta göstəricilər) isə müvafiq olaraq 0% və 0,01% artıb və 0,8017 manata və 0,8063 manata çatıb:




Göründüyü kimi, dolların məzənnələrinin trendləri düz xətlər kimi ifadə olunur və bu, ölkədə məzənnə sabitliyinin davam etməsinin əksidir.

Bununla yanaşı, həftəlik dövriyyənin 64%-ə yaxın hissəsi bir ticarət gününün payına düşməsi faktı diqqəti cəlb edir. Bu, hər hansı kommersiya bankı və ya müştərinin dollar/manat və ya əksinə, konvertasiyada ehtiyacı ilə, ya da, artıq son həftələr ərzində müşahidə olunmayan Mərkəzi Bankın valyuta intenvensiyasının bərpa olunması ilə bağlı ola bilər. Nəticədə, həftəlik dövriyyənin artması və məzənnə sabitliyi müşahidə olunub.

Ötən həftə ərzində avronun məzənnəsi manata qarşı 0,22% artıb, halbuki gündəlik dəyişmələr daha ciddi olub:




Qeyd edək ki, dünya bazarlarında avronun möhkəmlənməsi fonunda Azərbaycanda da vahid Avropa valyutasının məzənnəsi mayın 13-də son 5,5 aylıq maksimumu təkrarlayıb. Bununla belə, ötən həftənin sonu, yəni mayın 8-i ilə müqayisədə mayın 12-də avronun məzənnəsi birdən-birə 2,4% yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR