Bank Of Baku

«Bank Respublika»nın aktivləri son bir ildə 43% artıb

«Bank Respublika»nın aktivləri son bir ildə 43% artıb
# 18 may 2009 09:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) aktivləri 2009-cu ilin may ayının 1-nə 392,8 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 43% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20% artaraq 240,5 mln. manat olub, müştəri hesablarında olan vəsaitlər isə 16,3% artaraq 140,5 mln. manatı ötüb.

Bankda yerləşdirilən fiziki şəxslərin əmanətləri 9,7% artaraq 85,5 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 19,4% artaraq 72 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel ayları ərzində bankın gəlirləri 22,1 mln. manat, xərcləri isə 14,97 mln. manat olub. Nəticədə, hesabat dövrünə bankın balans mənfəəti 7,13 mln. manata çatıb.

Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayında bankın nizamnamə kaptalında «25%+1 səhm» iştirak payı alıb. Cari ilin may ayının 1-nə bankın məcmu kapitalı 57 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR