Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq şirkətləri tərəfindən lizinqə verilən avadanlıqların (2009-cu il aprel ayının 1-nə) dəyərinin artım tempi barədə məlumat verilir:
Lizinq şirkətləri
|
Avadanlıqların dəyərinin artımı (%) |
Müqavilələrın sayı üzrə artım (%) | |
1 | AGLeasing | 106,0 | 116,0 |
2 | Texnika Leasing | 84,7 | 66,7 |
3 | AtaLeasing | 65,3 | 50,0 |
4 | UniLeasing | 15,4 | 49,0 |
5 | Joint Leasing | - 45,7 | 47,3 |
6 | Parex Leasing & Factoring | - | 29,8 |
7 | Nikoil Leasing | - | - |
Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında verilən avadanlıqların dəyərinin artım tempinə görə «AGLeasing» şirkəti liderlik edir. Belə ki, bu şirkətin son bir ildə lizinqə verdiyi avadanlıqların dəyərinin artımı 2,1 dəfə (106%) olub. İlk üçlüyə həmçinin «Texnika Leasing» və «AtaLeasing» şirkətləri daxildir.
Qeyd edək ki, «Joint Leasing» şirkəti bu müddət ərzində lizinqə verdiyi avadanlıqların dəyərini 45,7% azaldaraq cədvəldə 5-ci yerdə qərarlaşıb. «Parex Leasing & Factoring» şirkəti isə ümumiyyətlə bu müddət ərzində lizinqə heç bir avadanlıq verməyib.
Bundan başqa, cədvəldə şirkətlərin lizinq müqavilələrinin sayı üzrə son bir il ərzində müşahidə olunan artım tempi də göstərilib. Bu sıralamada da ilk yeri «AGLeasing» tutub. İl ərzində bu şirkətin bağladığı lizinq müqavilələrinin sayı 2,2 dəfə (116%) artıb.
Qeyd edək ki, «Nikoil Leasing» şirkəti 2007-ci ilin dekabr ayından fəaliyyətə başlayıb. Ötən ilin aprel ayının 1-nə şirkətin müvafiq maliyyə göstəriciləri olmadığı üçün renkiqdə şirkətin artım templəri qeyd olunmur.
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.