Bank Of Baku

Azərbaycan 2008-ci ilin dövlət büdcəsini 11,562 mln. manat kəsirlə icra edib

Azərbaycan 2008-ci ilin dövlət büdcəsini 11,562 mln. manat kəsirlə icra edib
# 18 may 2009 12:25 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın 2008-ci il dövlət büdcəsinin faktiki gəlirləri 10 762,672 mln. manat, xərcləri isə 10 774,234 mln. manat təşkil edib. Bunu APA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov parlamentə yenicə daxil olan «2008-ci ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsini şərh edərkən bildirib.

N.Məmmədovun sözlərinə görə, ötən ilin dövlət büdcəsinin icrasından vahid xəzinə hesabının qalığı 269,770 mln. manat təşkil edib ki, bu da adəti üzrə 2009-cu ilin büdcəsinə keçirilib. Millət vəkili bildirib ki, parlamentə daxil olan sənəddə ötən ilin büdcəsinin nəzərdə tutulan bütün istiqamətlər üzrə icra edildiyi qeyd olunub: «2008-ci ilin dövlət büdcəsinin icrası müsbət qiymətləndirilir».

Qeyd edək ki, ötən ilki büdcənin icrasında 11,562 mln. manatlıq kəsir yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR