Bank Of Baku

«Zamin Bank»ın aktivləri son bir ildə 27% artıb

«Zamin Bank»ın aktivləri son bir ildə 27% artıb
# 18 may 2009 13:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 136,403 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstəricidən 26,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2 dəfə genişlənərək 66,255 mln. manata, kredit portfeli 28,5% artaraq 82,288 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 8,8% artaraq 13,732 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 11,195 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 61% artaraq 4,205 mln. manata, xərcləri isə 40% artaraq 3,408 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti təxminən 4,4 dəfə artaraq 797 min manat təşkil edib.

Bu müddət ərzində bank əlavə 6 filial açıb, həmçinin 1 060 POS-terminal quraşdırıb.

Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Bankın respublika üzrə 25 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 4 bankomatı və 1 870 POS-terminalı fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın işçilərinin sayı 405 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR