Bank Of Baku

«AzSığorta» yanvar-aprel aylarında 4 mln. manat sığorta haqqı toplayıb

«AzSığorta» yanvar-aprel aylarında 4 mln. manat sığorta haqqı toplayıb
# 18 may 2009 13:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin 2009-cu ilin yanvar-aprel ayları ərzində topladığı sığorta haqlarının həcmi təxminən 4 mln. manata çatıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib.

X.Məmmədxanlının sözlərinə görə, bu ilin ilk 4 ayında şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 1,338 mln. manat olub.

Sığorta daxilolmalarının strukturunda 3,655 mln. manat könüllü, qalan məbləğ isə icbari sığorta növlərinin payına düşüb. Maraqlıdır ki, ən çox daxilolma (1,062 mln. manat) və ödəniş (917 min manat) «Əmlakın yanğından və digər risklərdən sığortası» növü üzrə aparılıb.

X.Məmmədxanlının sözlərinə görə, ödənilən vəsaitlərin 1,310 mln. manatı könüllü, 27 min manat isə icbari sığorta növləri üzrə həyata keçirilib.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR