Bank Of Baku

Dolların bahalaşması gözlənilir

Dolların bahalaşması gözlənilir
# 18 may 2009 13:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya valyuta bazarlarının iştirakçıları ABŞ dollarına olan tələbatın artdığını qeyd edirlər. «APA-Economics»in məlumatına görə, buna əsasən makroiqtisadi göstəricilər və xəbərlər səbəb olub.

Xatırladaq ki, mayın 11-dən 14-dək dolların avroya qarşı məzənnəsi 2,1% enib, lakin mayın 15-də ABŞ valyutası yenidən 1,6% bahalaşıb ki, buna Avrozonada iqtisadiyyatın vəziyyəti barədə həmin gün açıqlanmış hesabat səbəb olub. Belə ki, cari ilin I rübündə Avrozona üzrə ÜDM illik müqayisədə 4,6%, rüblük müqayisədə isə 2,5% azalıb və həmin azalma istehsalın və pərakəndə dövriyyənin azalması və işsizliyin artmasının nəticəsi olub. Eyni zamanda, Federal Ehtiyat Sistemi öz hesabatında istehsalın aprel ayında 0,5% azaldığını, yəni proqnozlardan 0,1 faiz bəndi az enməsi barədə məlumat dərc edib.

ABŞ-ın bank sisteminə maliyyə dəstəyi proqramına 4 iri sığorta şirkətinin əlavə edilməsi, Depozitlərin Sığortalanması üzrə Federal Korporasiyanın bir sıra bankların rəhbərliyinin dəyişməsi mümkünlüyü barədə bəyanatı, «General Motors»un diler şəbəkəsinin 1,6 min dilerə kimi azalması və s. xəbərlər heç də Amerikanın valyutasının xeyrinə olmadığı halda, Avrozona iqtisadiyyatının geriləmə templəri və investorların yenidən təhlükəsiz aktiv qismində məhz dollara «əl atması» onun məzənnəsini 4 günlük enmədən sonra yenidən artırıb.

Nəticədə, mayın 18-də əhəmiyyətli makroiqtisadi xəbərlər gözlənilmədiyinə görə, həmin tendensiyalar saxlanılmaqdadır və dolların avroya qarşı bahalaşmasının yaxın vaxtlar ərzində davam edəcəyi proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR