Bank Of Baku

Azərbaycanda ÜDM-in həcmi yanvar-aprel aylarında 4,3% artıb

Azərbaycanda ÜDM-in həcmi yanvar-aprel aylarında 4,3% artıb
# 18 may 2009 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan iqtisadiyyatında istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi 2009-cu ilin yanvar-aprel ayları ərzində 4,3% və ya müqayisəli qiymətlərlə 573,7 mln. manat artaraq 9,0 mlrd. manata çatıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əlavə dəyərin 50,7%-i iqtisadiyyatın qeyri-neft sahələrində, 39,9%-i isə neft sektorunda yaradılıb. Əldə edilmiş əlavə dəyərin əvvəlki ilin eyni dövrünə nisbətən artımı qeyri-neft sahələrində 8,4%, neft sektorunda isə 2,0% təşkil edib. Məhsula və idxala xalis vergilərin ÜDM-də payı isə 9,4% olub.

Bu dövr ərzində sənayedə 3,9 mlrd. manatlıq (ÜDM-in 43,6%-i qədər), kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 224,3 mln. manatlıq (2,5%), tikintidə 1 073,6 mln. manatlıq (11,9%), nəqliyyatda 684,9 mln. manatlıq (7,6%), poçt və rabitədə 195,0 mln. manatlıq (2,2%), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlər sahəsində 772,0 mln. manatlıq (8,5%), mehmanxana və restoranlarda xidmət sahəsində 114,4 mln. manatlıq (1,3%), sosial və digər xidmətlər sahəsində 1 165,5 mln. manatlıq (13,0%) əlavə dəyər istehsal olunub.

ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi isə hesabat dövründə 3,0% artaraq 1 042,9 manat (1 296,0 ABŞ dolları) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR