Bank Of Baku

Azərbaycanda illik inflyasiya 6,5%-ə düşüb

Azərbaycanda illik inflyasiya 6,5%-ə düşüb
# 18 may 2009 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayı ilə müqayisədə 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq mallarının qiymətləri isə 0,2% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, apreldə xidmət tarifləri mart ayına nisbətən 0,1% bahalaşıb.

Cari yanvar-aprel ayları ərzində 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 6,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,2%, qeyri-ərzaq mallarının qiymətləri 7,2%, xidmət tarifləri 6,2% bahalaşıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu yaxınlarda 2009-cu ilin sonunda Azərbaycanda illik inflyasiyanın 2-3% səviyyəsində gözlənildiyini vurğulayıb.

Xatırladaq ki, 2008-ci ildə Azərbaycanda inflyasiya 20,8% olub.

Məlumat üçün bildirək ki, Beynəlxalq Valyuta Fondu 2009-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsinin 4%-ə düşəcəyini proqnozlaşdırır. BVF-in ekspertləri hesab edirlər ki, MDB, Şərqi və Mərkəzi Avropanın 27 ölkəsi arasında Azərbaycan istehlak qiymətlərinin indeksi üzrə 13-cü yeri tutur. MDB ölkələrində orta illik inflyasiya bu il 12,6% təşkil edəcək. Bununla belə vurğulanır ki, Rusiyada qiymət artımı nəzərə alınmazsa, bu göstərici 11,9%-ə bərabər olacaq. Bölgədə ən yüksək qiymət artımı məhz Rusiya (12,9%) və Serbiyada (10%) gözlənilir.

Maraqlıdır ki, Valyuta Fondunun ehtimallarına əsasən, yalnız Azərbaycan, Moldova, Gürcüstan və Ermənistanda 2009-cu ildə inflyasiya 5%-dən çox olmayacaq.

Qeyd edək ki, Azərbaycan 27 ölkə sırasında qiymətlərin enməsi üzrə lider dövlət hesab oluna bilər. BVF-nin proqnozlarına görə, 2010-cu ildə Azərbaycanda inflyasiya 7% səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR