Bank Of Baku

Azərbaycanda orta aylıq əmək haqqı 370 dollara çatıb

Azərbaycanda orta aylıq əmək haqqı 370 dollara çatıb
# 18 may 2009 14:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın müxtəlif sahələrində çalışan işçilərin orta aylıq əmək haqqı 2009-cu ilin yanvar-aprel ayları üzrə 295,7 manat (368 ABŞ dolları) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumatına görə, ölkədə daha yüksək orta aylıq əmək haqqı mədənçıxarma sənayesində, maliyyə qurumlarında, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunur.

Qeyd edək ki, müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 164 manata, mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 283,6 manata bərabər olub.

Xatırladaq ki, «Azərbaycanda 2009-cu il üçün yaşayış minimumu haqqında» qanuna əsasən, 2009-cu il üçün Azərbaycanda yaşayış minimumu adambaşına 84 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçünsə 69 manat səviyyəsində nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR