Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhalinin gəlirlərinin 68,0%-i son istehlaka, 10,4%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 21,6%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 6 035,3 mln. manatlıq vəsait qalıb, bu isə 2008-ci illə müqayisədə 21,3% çoxdur.
Əhalinin gəlirlərinin əsas göstəriciləri:
| yanvar-aprel, 2009-cu il | 2008-ci ilin yanvar-aprel aylarına nisbətən, %-lə |
Əhalinin nominal gəlirləri, |
6 738,0 |
120,3 |
adambaşına, manat | 781,2 | 118,9 |
Sərəncamda qalan gəlirlər, |
6 035,3 |
121,3 |
adambaşına, manat | 699,7 | 119,9 |
Qeyd: 2008-ci ilin göstəriciləri əldə olunmuş yeni məlumatlar əsasında dəqiqləşdirilib