Bank Of Baku

«Parabank» ilin əvvəlindən aktivlərini 10% artırıb

«Parabank» ilin əvvəlindən aktivlərini 10% artırıb
# 19 may 2009 06:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin may ayının 1-nə 72,21 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 10,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,67% artaraq 45,6 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 10,25 mln. manata çatıb.

Bu müddət ərzində fiziki şəxslərin bankda yerləşdirdiyi əmanətlərin həcmi ilin əvvəlinə nisbətən 17,3% artaraq 38,4 mln. manat, məcmu kapital isə 11,42 mln. manat təşkil edib.

Qeyd edək ki, hesabat dövrünün sonuna bankın ümumi gəlirləri 4 mln. manat, o cümlədən faiz gəlirləri 3,52 mln. manat, qeyri-faiz gəlirləri isə 0,5 mln. manat olub.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 15 filialı, 9 bankomatı və 138 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR