Bank Of Baku

«Azərnəqliyyatbank» payızda «Visa İnternational» sisteminə qoşulacaq

«Azərnəqliyyatbank» payızda «Visa İnternational» sisteminə qoşulacaq
# 19 may 2009 08:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın 3-4 ay ərzində «Visa İnternational» beynəlxalq ödəniş sisteminə qoşulacaq.

Bankın İdarə Heyətinin sədri Emin Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, hazırda beynəlxalq qurumla bu istiqamətdə danışıqlar aparılır. «Visa» plastik kartlarının emissiyası «MilliKart» Prosessinq Mərkəzi tərəfindən həyata keçiriləcək və burada «Azərdərmiyobank» ASC sponsor-bank kimi iştirak edir.

E.Məmmədovun sözlərinə görə, ilkin olaraq bu il ərzində 6 min kart emissiya ediləcək və bunların hamısı debit kartları olacaq.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 46,420 mln. manat, depozit portfeli 5,268 mln. manat, kredit portfeli 16,157 mln. manat, məcmu kapitalı 11,655 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 4 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR