Bank Of Baku

Sabah Azərbaycan paytaxtında ECO dövlətlərinin özəlləşdirmə və özəl sektorun inkişafı üzrə yüksək səviyyəli ekspertlər qrupunun iclası keçiriləcək

Sabah Azərbaycan paytaxtında ECO dövlətlərinin özəlləşdirmə və özəl sektorun inkişafı üzrə yüksək səviyyəli ekspertlər qrupunun iclası keçiriləcək
# 19 may 2009 09:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mayın 20-21-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin özəlləşdirmə və özəl sektorun inkişafı üzrə yüksək səviyyəli ekspertlər qrupunun 3-cü və ECO özəlləşdirmə qurumları rəhbərlərinin 4-cü iclasları keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə 9 xarici dövlətin, o cümlədən Türkiyə, İran, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın özəlləşdirmə qurumlarının rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edəcək.

Mayın 20-də ECO üzv dövlətlərin özəlləşdirmə və özəl sektorun inkişafı üzrə yüksək səviyyəli ekspertlər qrupunun iclası keçiriləcək. İclasda müvafiq dövlətlərin nümayəndələri tərəfindən ölkələr üzrə təqdimat, ECO Katibliyi tərəfindən özəlləşdirmə üzrə Fəaliyyət Planının yerinə yetirilməsi barədə məlumatlar veriləcək və müzakirələr aparılacaq.

Mayın 21-də isə ECO özəlləşdirmə qurumları rəhbərlərinin iclası keçiriləcək. Tədbirdə ölkələr üzrə nümayəndə heyətlərinin başçılarının məlumatı dinləniləcək. Həmçinin, özəlləşdirmə və özəl sektorun inkişafı üzrə Yüksək səviyyəli Ekspertlər Qrupunun 3-cü iclasının Hesabatının müzakirəsi aparılacaq. İclas çərçivəsində ECO Katibliyi tərəfindən Özəlləşdirmə üzrə Fəaliyyət Planının yerinə yetirilməsinə dair görülən işlər barədə məruzə ediləcək. Tədbir çərçivəsində ECO-nun özəlləşdirmə saytının yaradılması ilə bağlı görülən işlər də müzakirə ediləcək, saytın təqdimatı keçiriləcək.

İclasın yekununda ECO dövlətləri tərəfindən Bakı Bəyannaməsi qəbul ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR