Bank Of Baku

Azərbaycan Moskvada keçiriləcək beynəlxalq sığorta forumunda iştirak edəcək

Azərbaycan Moskvada keçiriləcək beynəlxalq sığorta forumunda iştirak edəcək
# 19 may 2009 09:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu ilin may ayının 21-də Moskvada (Rusiya) keçiriləcək VII İllik Beynəlxalq Sığorta Forumunda iştirak edəcək.

Assosiasiyadan «APA-Economics»ə verilən məlumata görə, forumda Azərbaycanı ASA-nın Müşahidə Şurasının sədri Cəmil Məlikov və qurumun icraçı direktoru Qafar Məcidov təmsil edəcək.

Beynəlxalq Forumda C.Məlikov «Azərbaycanın sığorta bazarında investisiya prosesləri: problemlər və perspektivlər» mövzusunda geniş məruzə ilə çıxış edəcək. Qeyd edək ki, foruma Rusiya, Polşa, Avstriya, Latviya və digər Avropa dövlətlərinin sığorta üzrə mütəxəssisləri qatılacaq.

Qeyd edək ki, forumun keçirilməsində əsas məqsəd Rusiyada və xaricdə sığorta işinin inkişafının aktual məsələlərinin müzakirəsi, sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi, həmçinin Rusiya və beynəlxalq sığorta bazarlarının nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsindən ibarətdir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR