Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi apreldə artıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi apreldə artıb
# 19 may 2009 09:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyətini əks etdirən indeks 2009-cu ilin yanvar-aprel ayları üzrə 1,41 bənd təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatları əsasında «APA-Economics»in apardığı hesablamalara görə, bu göstərici aprel ayında yanvar-mart ayları ilə müqayisədə 0,06 bənd çoxdur.

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin məcmusuna nisbət kimi hemablanılır. Göründüyü kimi, bu nisbət 1 rəqəmdən aşağı olduğu halda əhalinin alıcılıq qabiliyyəti mənfi hesab oluna bilər, çünki bu halda əhalinin gəlirləri malların alınması və xidmətlərin ödənilməsini təmin edə bilmir. Bizim halda isə indeks əhalinin gəlirlərinin iki ən əsas və rəsmi statistika sisteminə daxil olmuş xərclər istiqamətlərini təxminən 41% üstələyir.

Maraqlıdır ki, ötən ilin yanvar-aprel ayları və bütünlüklə 2008-ci ilin yekunlarına görə alıcılıq qabiliyyəti indeksi 1,41 bəndə bərabər olub. Eyni zamanda, artan dinamika ilə deyil, aylıq hesablama əsasında apreldə əhalinin alıcılıq qabiliyyəti indeksi 1,59 bənd, mart ayında isə 1,48 bənd təşkil edib.

Sözügedən indeks nisbi göstərici olduğundan, indeksin yüksəlməsi ya əhalinin pul gəlirlərinin artması, ya hesablamalarda iştirak edən xərclərin azalmasının nəticəsidir. Bizim halda bu amili araşdırmaq üçün həmin makroiqtisadi göstəricilərin artım tempinin müqayisəsinin aparılması zəruridir. Belə ki, cari ilin yanvar-aprel aylarında gəlirlərin illik artım tempi 20,3%, yanvar-martda 21%, pərakəndə dövriyyənin üstəgəl pullu xidmətlərin məcmusunun artım templəri müvafiq olaraq 17% və 21,6% təşkil edib. Beləliklə, indeksin artması xərclərin nisbi həcminin (yəni, pul ifadəsində) azalması nəticəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR