Bank Of Baku

Azərbaycandakı lizinq şirkətlərinin investisiyaların artım tempi üzrə renkinqi

Azərbaycandakı lizinq şirkətlərinin investisiyaların artım tempi üzrə renkinqi
# 19 may 2009 09:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə ölkədə fəaliyyət göstərən lizinq şirkətlərinin ölkə iqtisadiyyatına yatırdığı investisiyalarının artım tempi üzrə sıralamasını təqdim edir.
Aşağıdakı cədvəldə ölkədəki aparıcı lizinq şirkətlərinin investisiyalarının artım tempi (2009-cu il aprel ayının 1-nə olan göstəricinin 2008-ci ilin aprelin 1-i ilə müqayisəsi) barədə məlumat verilir:

Lizinq təşkilatları

 

İnvestisiyaların artımı (%)

1

AtaLeasing

58,8

2

UniLeasing

14,1

3

Joint Leasing

- 48,6

4

Parex Leasing & Factoring

-

5

Texnika Leasing

-

6

AGLeasing

-

7

Nikoil Leasing

-



Cədvəldən göründüyü kimi, lizinq xidmətləri bazarında investisiyanın artım tempinə görə «AtaLeasing» şirkəti liderdir. Belə ki, bu şirkətin investisiya yatırımlarının artım tempi son bir il ərzində 58,8% təşkil edib. Sonrakı yeri isə «UniLeasing» şirkəti tutub.
Qeyd edək ki, bu müddət ərzində «Joint Leasing» şirkətinin investisiyalarının həcmində 48,6% azalma baş verib. Qalan şirkətlərin investisiya yatırımlarının artım tempi isə («AGLeasing», «Parex Leasing & Factoring», «Texnika Leasing» və «Nikoil Leasing») sıfıra bərabər olub.
Xatırladaq ki, «Nikoil Leasing» şirkəti 2007-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Ötən ilin aprel ayının 1-nə şirkətin müvafiq maliyyə göstəriciləri olmadığı üçün renkinqdə bu şirkətin artım tempi qeyd olunmur.
Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR