Bank Of Baku

Azərbaycandakı lizinq şirkətlərinin nizamnamə kapitalı üzrə son bir ildə artım qeydə alınmayıb

Azərbaycandakı lizinq şirkətlərinin nizamnamə kapitalı üzrə son bir ildə artım qeydə alınmayıb
# 19 may 2009 11:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Son bir il ərzində Azərbaycanda fəaliyyət göstərən lizinq şirkətlərinin nizamnamə kapitalları üzrə artım müşahidə olunmayıb.

«APA-Economics»in məlumatına görə, lizinq xidmətləri bazarı üzrə aparılan araşdırma zamanı «AGLeasing», «Texnika Leasing», «AtaLeasing», «UniLeasing», «Joint Leasing», «Parex Leasing & Factoring» və «Nikoil Leasing» şirkətləri tərəfindən nizamnamə kapitalı artırılmayıb.

Qeyd edək ki, nizamnamə kapitalının həcminə görə, şirkətlər sırasında ilk yeri «UniLeasing» şirkəti tutur. Belə ki, bu şirkətin nizamnamə kapitalının həcmi cari ilin aprel ayının 1-nə 1,8 mln. manat (2,2 mln. ABŞ dolları) təşkil edib.

Sonrakı yerləri isə «AGLeasing» (1 mln. manat), «AtaLeasing» (1 mln. manat), «Joint Leasing» (0,7 mln. manat), «Texnika Leasing» (0,2 mln. manat), «Nikoil Leasing» (0,1 mln. manat) və «Parex Leasing & Factoring» (0,05 mln. manat) şirkətləri tutub.

Xatırladaq ki, hazırda Azərbaycanda 14 lizinq təşkilatı fəaliyyət göstərir və bunun 11-i Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR