Bank Of Baku

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları I rübdə 26% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları I rübdə 26% artıb
# 19 may 2009 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan iqtisadiyyatına yatırılan kredit qoyuluşlarının həcmi 2009-cu ilin aprel ayının 1-i vəziyyətinə 6 221,3 mln. manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,1% və ya 1,3 mlrd. manat çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 38,2%-i dövlət, 58,8%-i özəl banklar, 2,9%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 66,7%-ni uzunmüddətli kreditlər təşkil edib, 3,1%-nin isə ödənilmə vaxtı keçib.

Qeyd edək ki, 2009-cu ilin yanvar-aprel aylarında dövriyyəyə 5,498 mlrd. manat pul kütləsi buraxılıb, dövriyyədən bankların kassalarına 6 376,3 mln. manat daxil olub və 897 mln. manat vəsait ehtiyat fonduna qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR