Bank Of Baku

«Parabank» yeni regional filial açır

«Parabank» yeni regional filial açır
# 20 may 2009 07:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın günlərdə Bərdə rayonunda filial açmaq niyyətindədir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın digər filialları kimi Bərdə filialı da fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, depozit və kreditlər, «VISA» plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, beynəlxalq pul köçürmələri və digər bank xidmətləri təklif edəcək.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 72,21 mln. manat, kredit portfeli 45,6 mln. manat, məcmu kapitalı isə 11,42 mln. manat təşkil edib.

Bankın respublika üzrə 15 filialı, 9 bankomatı və 138 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR