Bank Of Baku

«Azərnəqliyyatbank» iki yeni beynəlxalq pulköçürmə sisteminə qoşulacaq

«Azərnəqliyyatbank» iki yeni beynəlxalq pulköçürmə sisteminə qoşulacaq
# 20 may 2009 07:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) iyun ayı ərzində iki beynəlxalq pulköçürmə sisteminə qoşulmaq niyyətindədir.

Bankın İdarə Heyətinin sədri Emin Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, plana uyğun olaraq növbəti ayda bank «Lider» və «Bıstraya Poçta» sisteminə üzv olacaq. Sistemlərə üzvlüklə bağlı bankla beynəlxalq qurumlar arasında danışıqlar aparılır və artıq şifahi razılıq əldə edilib.

Qeyd edək ki, hazırda bank «Western Union» pulköçürmə sisteminin xidmətindən istifadə edir.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 46,420 mln. manat, bankın depozit portfeli 5,268 mln. manat, kredit portfeli 16,157 mln. manat, məcmu kapitalı 11,655 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 4 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR