Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalır

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalır
# 20 may 2009 10:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2009-cu ilin mayın 1-nə 4 906,6 mln. ABŞ dollar təşkil edib. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 600 mln. dollar və ya 14% çox olub.

Eyni zamanda, cari ilin ilk dörd ayı ərzində rəsmi valyuta ehtiyatlarının kəskin azalması müşahidə olunur. Belə ki, cari ilin əvvəli ilə müqayisədə bu göstərici 1 230,4 mln. dollar və ya 20% azalıb. Qeyd edək ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının azalması ardıcıl olaraq dörd ay davam edir:




Rəsmi valyuta ehtiyatlarının azalması ilk növbədə dünya maliyyə böhranının Azərbaycana təsiri və bunun nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi səbəbindən baş verib. Belə ki, maliyyə böhranının nəticələrindən biri inkişafda olan ölkələrdə milli valyutanın devalvasiyası olub ki, bu proses cari ilin birinci rübündə Rusiya, Ermənistan, Ukrayna, Qazaxıstan kimi dövlətlərdə müşahidə olunub. Makroiqtisadi sabitliyin, ümumi sosial-iqtisadi durumun, müxtəlif sahələrin inkişafının dayanmaması səbəbindən Azərbaycanda manatın devalvasiyası dövlət rəhbərliyi səviyyəsində məqsədə uyğun olmayan kimi tədbir kimi qiymətləndirilib. Buna görə, manatın məzənnəsinin sabit saxlanılması üçün açıq valyuta bazarında dollara olan tələbatın təmin edilməsi zərurəti yaranıb ki, bu da valyuta müdaxiləsi (intervensiya) şəklində qismən valyuta ehtiyatları hesabına həyata keçirilib.

Qeyd edək ki, ölkənin, o cümlədən mərkəzi bankların valyuta ehtiyatlarının böhran nəticəsində azalması son 6-7 ayda dünyanın əksər ölkələrində müşahidə olunur. Həmçinin vurğulamaq lazımdır ki, beynəlxalq maliyyə qurumları tərəfindən böhrana davamlılığı üzrə ölkələrin təhlili aparılarkən, strateji ehtiyatların həcmi və ümumilikdə mövcudluğu ilk növbədə nəzərə alınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR