Bank Of Baku

Azərbaycanda sənaye istehsalı indeksi kəskin azalıb

Azərbaycanda sənaye istehsalı indeksi kəskin azalıb
# 20 may 2009 12:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (industrial production index – IPI) 2009-cu ilin aprel ayında 92,91% təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatları əsasında «APA-Economics»in apardığı hesablamalara əsasən, bu indeks cari ilin mart ayında 111,87%-ə bərabər olub.

Qeyd edək ki, IPI hesabat ayında istehsal olunmuş sənaye məhsulunun pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan nisbətdir. Yəni, indeks aprel ayında istehsal edilmiş məhsulun dəyərini (1 399,9 mln. manat) martda istehsal olunmuş məhsulun dəyərinə (1 506,7 mln. manat) bölünməsi ilə hesablanır.

Müqayisə üçün bildirək ki, ötən ilin aprelində IPI 86,15%, mart ayında isə 146,51% təşkil edib. Ümumilikdə, sənaye istehsalının aylıq dinamikası (inflyasiya nəzərə alınmadan, yəni müvafiq dövrdə faktiki dəyərlə) aşağıdakı kimidir:




Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-aprel aylarında Azərbaycanın sənaye kompleksində 5 577,3 mln. manat həcmində və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR