Bank Of Baku

«Bank of Azerbaijan»nın «MAY» adlı aksiyası üzrə müştərilərinin sayı durmadan artır

«Bank of Azerbaijan»nın «MAY» adlı aksiyası üzrə müştərilərinin sayı durmadan artır
# 20 may 2009 13:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) «MAY» (Manat Al və Yerləşdir) adlı aksiyasının ilk həftəsi ərzində banka müraciət edən müştərilərin sayı çoxalıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu aksiya bir çox müştərilər üçün daha sərfəli və əlverişli olub.
«Aksiyanın mahiyyəti çox sadədir. Belə ki, «Bank of Azerbaijan» ölkədə ən yüksək məzənnə ilə ABŞ dollarını manata dəyişir. Satışın yuxarı həddi yoxdur, yəni ABŞ valyutasını məhdudiyyətsiz miqdarda satmaq olar», - deyə bankdan bildirilib.
Qeyd edək ki, banka vəsaitlər bir il müddətinə yerləşdirilərsə faiz dərəcələri müvafiq olaraq 17%, iki ilə 18%, üç ilə isə 19%-dək artacaq.
Xatırladaq ki, ölkə əhalisinin marağına səbəb olan aksiya bu ayın sonunda başa çatacaq.
Təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 117,086 mln. manat, depozit portfeli 49,990 mln. manat, kredit portfeli 89,549 mln. manat, məcmu kapitalı 20,245 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
Bankın respublika üzrə 18 filialı, 23 bankomatı və 106 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR