Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin gəlirləri I rübündə 27%, xərcləri isə 71% artıb

Azərbaycan dövlət büdcəsinin gəlirləri I rübündə 27%, xərcləri isə 71% artıb
# 20 may 2009 13:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycan dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,1% artaraq 2,5 mlrd. manata, xərcləri isə 71,1% artaraq 2,3 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, büdcənin icrasında yaranmış 174,6 mln. manatlıq profisit ümumi daxili məhsulun (ÜDM) 2,6%-ni təşkil edib.

Hesabat dövründə vergi gəlirlərinin 46,3%-i əlavə dəyər vergisi, 26,9%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 12,2%-i fiziki şəxslərin gəlir vergisi, 5%-i aksiz vergisi, 4,7%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.

Büdcə xərclərinin 1,193 mlrd. manatı (50,8%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 291,9 mln. manatı (12,4%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 284,6 mln. manatı (12,2%-i) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilib. Xərclərin 29,1%-ni (682,6 mln. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR