Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» yeni kredit kampaniyasına başlayıb

«Azərbaycan Sənaye Bankı» yeni kredit kampaniyasına başlayıb
# 20 may 2009 14:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» Açıq Səhmdar Cəmiyyəti (ASC) Türkiyənin «İdeal Dershanesi» şirkəti ilə birgə yeni kredit kampaniyasına başlayıb.

Bankın mətbuat xidmətinin rəhbəri Fərid Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, «İdeal Dershanesi» şirkəti ilə imzalanmış müqaviləyə əsasən, ASB tərəfindən keçirilən kampaniya İdeal Təhsil Mərkəzində (Azərbaycan) təhsil almaq istəyən tələbələrin maliyyələşdirilməsi məqsədi ilə həyata keçirilir.

Təqdim edilən layihədə İdeal Təhsil Mərkəzi kompüter kursları, mühasibatlıq kursları, Bakı-Türk Anadolu Liseyinə qəbul imtahanına hazırlıq, SBS-ə, YÖS-ə və ÖSS-YÇS-yə hazırlıq, həmçinin ali məktəblərə hazırlıq kimi xidmətlər təklif edir.

Qeyd edilən kredit növündən istifadə edən tələbə minimum 300 manat, maksimum 4 min manat həcmində 3 aydan 12 aya qədər, aylıq 1,6% dərəcəsi ilə kredit ala bilər.

F.Məmmədovun sözlərinə görə, ASB-nin rəhbərliyinin qərarına əsasən, təhsilə dəstək layihəsi çərçivəsində 2009-cu il Bankda «Tədris İli» elan olunub.

«Bu məqsədlə bankın işçiləri mütəmadi olaraq bank sahəsi üzrə bilik, təcrübə və vərdişlərin təkmilləşdirilməsi və yüksəldilməsi məqsədi ilə ölkədə və xaricdə keçirilən seminar və təlimlərdə iştirak edirlər. Bankın mənafeyi üçün çalışan əməkdaşlar, bankın işçiləri ildən-ilə özlərinin bank sahəsi üzrə bilik peşə vərdişlərini artırırlar ki, bu da öz növbəsində bankın səmərəli fəaliyyətinə müsbət təsir edir», - deyə F.Məmmədov vurğulayıb.

«Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 61,373 mln. manat, depozit portfeli 22,272 mln. manat, kredit portfeli 35,134 mln. manat, məcmu kapitalı 17,082 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 7 filialı, 21 bankomatı və 199 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR