Bank Of Baku

«AccessBank»ın depozit bazası son bir ildə 71% genişlənib

«AccessBank»ın depozit bazası son bir ildə 71% genişlənib
# 21 may 2009 06:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 229,790 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstəricidən 62,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 71% genişlənərək 23,236 mln. manata, kredit portfeli isə 57,3% artaraq 183,174 mln. manata çatıb.

Həmçinin, bu müddət ərzində bankın məcmu kapitalı 3 dəfə artırılaraq 46,658 mln. manat, o cümlədən nizamnamə kapitalı 82% artırılaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 19% artaraq 10,279 mln. manat, xərcləri isə 10% artaraq 6,773 mln. manat olub. Nəticədə, bankın mənfəəti 40,3% yüksələrək 3,506 mln. manata çatıb.

Xatırladaq ki, bu müddətdə bank tərəfindən əlavə 6 filial açılıb, həmçinin 3 bankomat və 2 POS-terminal quraşdırılıb.

«AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabrın 8-də brendini dəyişib.

Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.

Hazırda bankın respublika üzrə 21 filialı, 20 bankomatı və 41 POS-terminalı fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankda çalışan işçilərin sayı 902 nəfər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR