Bank Of Baku

«CredAgro»nun kredit portfeli azalır

«CredAgro»nun kredit portfeli azalır
# 21 may 2009 06:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «CredAgro» qeyri-bank kredit təşkilatının kredit portfeli 2009-cu ilin aprel ayının 1-nə 40,625 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 1% azdır.

«CredAgro» təşkilatının baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit portfelinin diversifikasiyasına gəldikdə, burada əsas göstəricilər biznesin inkişafı, istehlak sahəsi və kənd təsərrüfatı sektorunun payına düşür.

Həmçinin, bu müddət ərzində təşkilatın müştərilərinin sayı 7,3% artaraq 14 773 nəfər təşkil edib.

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. «CredAgro» tərəfindən kreditlər illik 25-36% dərəcəsi ilə ayrılır. Hazırda təşkilatın respublika üzrə 13 filialı və 8 köməkçi ofisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR