Bank Of Baku

Azərbaycanda əsas kapitala yatırılan sərmayələrin həcmi yanvar-aprel aylarında 5% artıb

Azərbaycanda əsas kapitala yatırılan sərmayələrin həcmi yanvar-aprel aylarında 5% artıb
# 21 may 2009 06:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 159,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 5,2% çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 1 490,9 mln. manat və ya ümumi investisiyanın 69,1%-i, qeyri-dövlət müəssisələri isə 668,2 mln. manat və ya 30,9%-i qədər sərmayə qoyub.

Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29% artaraq 1 505,3 mln. manat olub. İstehsal təyinatlı obyektlərin inşaasında 1 765,4 mln. manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində isə 393,7 mln. manatlıq investisiyadan istifadə edilib.

Əsas kapitala yönəldilmiş daxili investisiyaların həcmi xarici investisiyaları üstələmiş və ümumi vəsaitin 82,5%-ni təşkil edərək ötən ilin müvafiq dövrünün səviyyəsindən 40% çox olub. Əsas kapitala yönəldilmiş daxili investisiyanın 81,4%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 18,6%-i isə qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşüb.

Cari ildə büdcədən maliyyələşdirilməsi nəzərdə tutulmuş inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 4,718 mlrd. manat vəsait nəzərdə tutulub və dörd ay ərzində бунун 952,4 mln. manatından istifadə edilib.

Qeyd edək ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 876,9 mln. manat (ümumi investisiyanın 40,6%-i), bank kreditləri 64,8 mln. manat (3%-i), büdcə vəsaitləri 998,9 mln. manat (46,3%-i), büdcədənkənar fondların vəsaitləri 136,5 mln. manat (6,3%-i), əhalinin şəxsi vəsaitləri 81,9 mln. manat (3,8%-i), digər vəsaitlər isə 0,1 mln. manat təşkil edib.

Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş investisiyanın strukturu, faizlə


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR