Bank Of Baku

«Atrabank»ın mənfəəti son bir ildə iki dəfədən çox azalıb

«Atrabank»ın mənfəəti son bir ildə iki dəfədən çox azalıb
# 21 may 2009 09:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin aprel ayının 1-nə 34,956 mln. manat təşkil edib ki, bu da ötən ilin aprel ayının 1-nə olan göstəricidən 14,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 6,4% genişlənərək 4,250 mln. manata, kredit portfeli 8,7% artaraq 24,971 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 30% artaraq 4,736 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 0,7% azalaraq 11,166 mln. manat, o cümlədən nizamnamə kapitalı 3,5% artaraq 10,425 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 8,9% artaraq 1,154 mln. manat, xərcləri isə 27,7% artaraq 1,055 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 2,4 dəfə azalaraq 0,099 mln. manat olub.

Bundan başqa, bu dövrdə bank tərəfindən əlavə 5 mübadilə məntəqəsi açılıb, həmçinin 3 bankomat və 14 POS-terminal quraşdırılıb. Eyni zamanda, bankın işçilərinin sayı 11% artaraq 134 nəfərə, orta aylıq əmək haqqı isə 0,6% artaraq 474 manata çatıb.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın respublika üzrə 11 filialı, 6 mübadilə məntəqəsi, 13 bankomatı və 42 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR