Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı təkliflər sorğuları elan edib

Azərbaycan Mərkəzi Bankı təkliflər sorğuları elan edib
# 21 may 2009 09:29 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Mərkəzi Bankı təkliflər sorğuları elan edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, təklif sorğuları Mərkəzi Bankın inzibati və 2 saylı xəzinə binalarının istilik qazanlarına, çillər qurğusuna və havalandırma sistemləri aqreqatlarına, lift təsərrüfatına, Avtomatik Telefon Stansiyalarına, həmçinin Sumqayıt Ehtiyat Mərkəzinin binalarının elektrik avadanlıqlarına texniki qulluq məsələlərini həll etmək məqsədi ilə elan edilib.

Sorğuda iştirak haqqı bütün lotlar üzrə 50 manatdır. Sorğu təklifləri iyunun 4-dək AMB-nin inzibati binasında qəbul ediləcək. Zərflər isə iyunun 5-də açılacaq.

Əlavə məlumat üçün 493 11 22 (501) telefon nömrəsinə müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR