Bank Of Baku

IFC Azərbaycanda daha bir kredit təşkilatında pay ala bilər

IFC Azərbaycanda daha bir kredit təşkilatında pay ala bilər
# 21 may 2009 09:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda fəaliyyət göstərən «CredAgro» qeyri-bank kredit təşkilatının səhmdarları sırasına qoşula bilər. Bu barədə «APA-Economics»ə IFC-nin Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova məlumat verib.

A.Əzimovanın sözlərinə görə, IFC «CredAgro» təşkilatına ümumi həcmi 8 mln. ABŞ dolları məbləğində kredit ayırıb ki, kredit sazişinə əsasən, IFC sonradan kreditin bir hissəsini təşkilatın səhmlərinə (10-20%) konvertasiya edə bilər: «Məsələ ilə bağlı hələ tərəflər arasında danışıqlar aparılmasa da, bu mümkündür. Tərəflər arasında maraq və razılıq olarsa, IFC «CredAgro»nun səhmdarları sırasına qoşula bilər».

Qeyd edək ki, bundan öncə «CredAgro»nun İdarə Heyətinin sədri Eldar Cəfərov təşkilatın yaxın gələcəkdə səhmdarların sırasının genişləndiriləcəyini bildirib.

Xatırladaq ki, «CredAgro» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 40,5 mln. manat, nizamnamə kapitalı isə 9,1 mln. manat təşkil edir. Təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə 13 filialı və 9 köməkçi ofisi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR