Bank Of Baku

Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 154 mln. manat xərclənib

Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 154 mln. manat xərclənib
# 21 may 2009 10:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2008-ci ildə ümumilikdə 154 mln. manat xərclənib. «APA-Economics»in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin ötən ilin dövlət büdcəsinin icrasına dair hesabatında deyilir.

Hesabata əsasən, Prezidentin Ehtiyat Fondundan müxtəlif sosial və infrastruktur yönümlü layihələrin icrası maliyyələşdirilib. Belə ki, bu mənbədən qəza vəziyyətində olan bir sıra ümumtəhsil məktəbinin yeni binalarının tikintisinə, mövcud bərpa və əsaslı təmir işlərinin aparılmasına, Böyük Vətən Müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına birdəfəlik müavinətin ödənilməsinə, bəzi ali məktəblərin yeni binalarının tikintisinə, əsaslı təmirinə və onların maddi-texniki bazalarının möhkəmlənməsinə, bəzi rayonlarda (Ağstafa, Qazax, Goranboy, Şəmkir, Samux, Tovuz, Gədəbəy, Salyan və Neftçala) qaz təchizatının yaxşılaşdırılmasına, ölkənin 200 yaşayış məntəqəsində modul tipli çirkab təmizləyici su qurğularının quraşdırılmasına, Ağcabədi, Ağdam, Gəncə, Göygöl, Samux, Naftalan, Beyləqan və Füzuli rayon və rayon mərkəzlərinin sosial-iqtisadi inkişafı istiqamətində tədbirlərin keçirilməsinə vəsait ayrılıb. Bununla yanaşı, Uşaq Kardiocərrahiyyə Mərkəzinin müasir avadanlıqlarla təchiz edilməsinə, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində çapına və digər tədbirlərə vəsait sərf olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR