Bank Of Baku

Azərbaycanda Retail Sales indeksi apreldə kəskin azalıb

Azərbaycanda Retail Sales indeksi apreldə kəskin azalıb
# 21 may 2009 10:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda Pərakəndə Satış İndeksi (Retail Sales Index – RSI) 2009-cu ilin aprel ayı üzrə 87,9% təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatları əsasında «APA-Economics»in apardığı hesablamalara görə, bu indeks mart ayında 111,5%-ə bərabər olub ki, bu da həmin makroiqtisadi göstəricinin aprel ayında kəskin azaldığını göstərir.

Qeyd edək ki, RSI indeksi hesabat ayı ərzində ticarət şəbəkəsindən (iaşə müəssisələri daxil olmaqla) satılmış malların ümumi dəyərinin əvvəlki ayın analoji göstəricisinə bölünməsi yolu ilə hesablanır və faizlə ifadə olunur. Beləliklə, cari ilin aprel ayında ümumi pərakəndə dövriyyəsi 864,4 mln. manat (illik artım 2,7%), mart ayında 983,9 mln. manat (10,4%), fevral ayında isə 882,8 mln. manat (9,3%) təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin aprelində RSI indeksi 98,2%, mart ayında isə 115,1% olub.

Dünya praktikasında RSI indeksi pərakəndə ticarət sahəsində dövriyyənin həcminin dinamikasını əks etdirir. Qeyd edək ki, pərakəndə ticarətin həcmi istehlak xərclərini əks etdirən göstəricilərdən biridir və buna görə, təmin olunmuş istehlakçı tələbatı və istehlakçıların etimadı indikatoru kimi qəbul olunur. Həmin indikator digər makroiqtisadi göstəricilərlə yanaşı istehlakçı tələbatı göstəricisi ilə qiymətləndirilən iqtisadiyyatlarda çox vacib rol oynayır. Məsələn, ABŞ-da RSI indeksi ən vacib indekslərdən biridir, çünki son istehlak anlayışı bu ölkənin iqtisadiyyatında aparıcı qüvvəsi kimi qəbul olunur. İndeksin əhəmiyyətini anlamaq üçün qeyd etməlik ki, pərakəndə ticarətin genişlənməsi təmin olunan tələbatın artmasını, o da öz növbəsində əhalinin sərəncamında olan gəlirlərin artmasını, həmçinin istehsalın və idxalın artım potensialını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR