Bank Of Baku

Azərbaycan şirkətləri Türkiyənin fond bazarına çıxır

Azərbaycan şirkətləri Türkiyənin fond bazarına çıxır
# 21 may 2009 10:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın 10 iri şirkəti İstanbul Fond Birjasında (İMKB) qiymətli kağızlarla əməliyyatların aparılmasına maraq göstərir. «APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Sərmayə Bazarı Təşkilatının (SPK) rəhbəri Vedat Akgiray bildirib.

SPK rəhbərinin sözlərinə görə, İMKB-də əməliyyatlar aparmaq istəyənlər arasında Azərbaycana məxsus neft şirkətləri də var.

Qeyd edək ki, İMKB-də türkiyəli şirkətlərin də Azərbaycanda əməliyyat apara bilmələri üçün layihə hazırlanıb. Hazırda birjaların birgə əməliyyatlar aparması ilə bağlı razılaşma layihəsi təsdiqlənmək üçün Azərbaycan tərəfinə təqdim olunub.

V.Akgiray başda banklar olmaqla Türkiyə şirkətlərinin də Azərbaycan birjasında əməliyyatlar aparmaqda maraqlı olduqlarını və iyunda bu məsələ ilə bağlı Bakıda toplantınin keçiriləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR