Bank Of Baku

«Azərnəqliyyatbank» bankomat şəbəkəsini genişləndirir

«Azərnəqliyyatbank» bankomat şəbəkəsini genişləndirir
# 21 may 2009 12:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu il ərzində bankomat (ATM) şəbəkəsini 3 dəfədən çox genişləndirmək niyyətindədir.

Bankın İdarə Heyətinin sədri Emin Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq 25 ədəd «Wincor» modelli ATM-in Azərbaycana gətirilməsi üçün xarici şirkətlərlə danışıqlar aparılır.

E.Məmmədovun sözlərinə görə, keyfiyyət baxımından ən yaxşı bankomat hesab olunan «Wincor» ATM-ləri bankın filialları və digər müvafiq yerlərdə ardıcıl olaraq il ərzində quraşdırılacaq. Bununla da bankomatların ümumi sayı hazırkı 12-dən 37-yə çatdırılacaq.

Bank tərəfindən əlavə POS-terminalların quraşdırılmasına gəldikdə isə E.Məmmədov bunun banka müraciət edən müştərilərin sayından asılı olacağını bildirib.

Qeyd edək ki, hazırda bankın respublika üzrə 4 filialı fəaliyyət göstərir.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 46,420 mln. manat, depozit portfeli 5,268 mln. manat, kredit portfeli 16,157 mln. manat, məcmu kapitalı 11,655 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR