Bank Of Baku

Azərbaycanda manatla pul bazası kəskin azalıb

Azərbaycanda manatla pul bazası kəskin azalıb
# 21 may 2009 13:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2009-cu ilin may ayının 1-nə 3 679,6 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 388,4 mln. manat və ya 11,8% artıb, lakin cari ilin əvvəlindən 1 101,7 mln. manat və ya 23% azalıb.

Pul bazası Mərkəzi Bankın ehtiyat pulları sayılır və onun təmin edilməmiş pul kütləsini artırmamaqla pul tələbatını tənzimləmək və ümumilikdə pul siyasətini həyata keçirmək imkanlarını əks etdirir. Ümumilikdə, pul bazasına dövriyyədə olan nağd pullar və Mərkəzi Bankda deponentləşdirilmiş kommersiya banklarının vəsaitləri daxildir. Qeyd edək ki, cari ilin birinci rübündə təkcə nağd pulların həcmi 841,6 mln. manat azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR