Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru İsveçrə Milli Bankının nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru İsveçrə Milli Bankının nümayəndə heyəti ilə görüşüb
# 21 may 2009 13:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Azərbaycanda səfərdə olan İsveçrə Milli Bankının sədri Jan Pyer-Rotun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ARDNF-dan «APA-Economics»ə verilən məlumata görə, görüş çərçivəsində Ş.Mövsümov Fondun fəaliyyəti, ARDNF-in vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində Fondun aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verib.

Öz növbəsində J.Pyer-Rot ARDNF-in MHŞT-nin tətbiqi sahəsində uğurlarını və Fondun öz fəaliyyətində şəffaflığı təmin etməsini yüksək qiymətləndirdiyini qeyd edib.

Görüşdə həmçinin dünya maliyyə bazarlarındakı mövcud vəziyyət, Azərbaycanda aparılan iqtisadi islahatlar, neft sektorunun rolu, neft gəlirlərinin artmasının ölkəyə təsiri, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR